"Hamı küçədə qalıb, tək ev gəlini sənsən?!" Güneldən Rəksanəyə SİLLƏ KİMİ CAVAB

"Ayıbdır Vallah. Hamı küçədə qalıb, tək ev qızı, ev gəlini sənsən?! Danışığa bax. Bu nə öz güvən? Axı niyə belə edib özünü də, həmkarlarını da insanların gözündən salırsan. Hər kəsin özünə görə bir keçmişi var. Ona görə kimsə çox da dərinə getməsin".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova həmkarı Rəqsanə İsmayılovaya ünvanlayıb.

 Günel ilə Rəqsanə arasında heç bir problem olmasa da, o, Rəqsanə və Nigar Şabanova arasında yaşanan qalmaqal münasibət bildirməklə, özünü Rəqsanə əleyhinə olduğunu ortaya qoyub.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın Moskvada toy oxumağa gedən müğənnilər haqda "bəzi ailəli xanım müğənnilər burda toydan sonra tanımadığı adamlarla otellərə gedir" açıqlaması təxminən 1 aydır şou biznesin gündəmindədir. Rusiyaya gedən yerli-yersiz hər kəs bu mövzuya münasibət bildirir.


Showxeber Bizi instagramda izləyin



Maqazin 12.05.2021 357
Xəbər xətti