“Adambaşına 5-10 manat arası fitrə zəkatı veriləməlidir" Şeyxdən AÇIQLAMA

"Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır".

SHOWXEBER.AZ-ın xəbərinə görə, bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

"Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur.

 Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir", - mətndə vurğulanıb.


Showxeber Bizi instagramda izləyin



Sosial 11.05.2021 254
Xəbər xətti